Olaylar.az APA-ya istinadən xəbər verir ki, o, bu gün cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.
Şahin İsgəndərov 2023-cü ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin DGK-nın Aksizli mallar İdarəsində keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Daha sonra ona Cinayət Məcəlləsinin 311.2 (rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələrilə ittiham edilərək 5 il azadlıqdan məhrum edilib. Ali Məhkəmə cəzanı 5 ildən 3 ilə endirmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31