"Hörmətli Gülçöhrə xanım,
Sizi və Azərbaycan Memarlıq və İnşaat Universitetinin professor-müəllim heyətini ölkəmizin elmi, mədəni və urbanistik inkişafında mühüm rol oynayan ali təhsil ocağının 50 illik yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Yarım əsrlik fəaliyyəti ərzində Azərbaycan Memarlıq və İnşaat Universiteti memarlıq, şəhərsalma, inşaat mühəndisliyi və dizayn sahələrində yüksək ixtisaslı kadrlar hazırlayaraq, ölkəmizin çağdaş simasının formalaşmasına əvəzsiz töhfələr vermişdir. Universitetin yetirmələri Azərbaycanın şəhərsalma siyasətində, bərpa-quruculuq proseslərində və milli memarlıq üslubunun qorunub inkişaf etdirilməsində yaxından iştirak edir, habelə ictimai fəallıqları ilə seçilirlər.
Universitetin elmi-pedaqoji fəaliyyəti təkcə peşəkar kadr hazırlığı ilə məhdudlaşmır, eyni zamanda estetik düşüncə, ictimai məsuliyyət və milli-mənəvi dəyərlərə bağlılıq kimi keyfiyyətlərin formalaşdırılmasına xidmət edir. Bu baxımdan universitetin fəaliyyəti vətəndaş cəmiyyəti və dövlət maraqları ilə vəhdət təşkil edir.
Əlamətdar yubiley münasibətilə Sizə, universitet kollektivinə, eləcə də, fəaliyyətdə olan məzunlarınıza möhkəm cansağlığı, yaradıcılıq enerjisi və gələcək çalışmalarında yeni uğurlar arzulayıram. İnanıram ki, universitet bundan sonra da Azərbaycanın dayanıqlı inkişafına sanballı töhfələr verməkdə davam edəcəkdir"!
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta