AZ

“Kətaib Hizbullah” tərksilah olunmağı rədd etdi

Vətəninfo.az xəbər verir ki,  İrana bağlı “Kətaib Hizbullah” qruplaşması tərksilah çağırışlarını rədd edib.

Rəsmi açıqlamasında silahların dövlət hakimiyyəti altında cəmlənməsi ilə bağlı hər hansı danışıqların yalnız 🇮🇶 İraqın suverenliyi və təhlükəsizliyinin təminatı ilə və bütün “işğalçı qüvvələr, NATO qoşunları və 🇹🇷Türkiyə ordusu”nun çıxarılmasından sonra mümkün olacağını vurğulayıb.

İraq Ali Məhkəmə Şurasının rəhbəri Zidanın silahlı qruplarla silahların dövlət nəzarəti altına keçirilməsi barədə razılığa gəlməsi ilə bağlı açıqlamasından sonra verilən açıqlamada “Silahlar şəxsi mülkiyyət deyil və milli suverenlik təmin edilənə və ölkə vətəndaşları qorunana qədər müsadirə edilə bilməz” deyilir.

“Kətaib Hizbullah” 2003-cü ildə yaradılmış İraq şiə yaraqlı təşkilatıdır.
Qruplaşma Livan Hizbullahı modeli üzərində fəaliyyət göstərir və SEPAH-ın Qüds qanadına birbaşa hesabat verir.

Seçilən
19
veteninfo.az

1Mənbələr