Hollivud aktyoru Ceyms Renson ölüb.
BAKU.WS xəbər verir ki, 46 yaşlı aktyor dekabrın 19-da özünü asaraq intihar edib. Bu barədə araşdırmalar aparıldıqdan sonra onun ölüm faktı təsdiqləni.
Ceymsin hansı səbəbdən intihar etdiyi hələ ki, bilinmir.
Xatırladaq ki, Renson iyunun 2-də 1979-cu ildə ABŞ-ın Merilend ştatında doğulub. O 1990-cı illərdən etibarən sənətə gəlib.
Aktyor HBO-nun məşhur 'The Wire" serialının ikinci mövsümündə rol alıb. "Sinister", "It: Chapter Two", "The Black Phone" kimi ekran işlərində çəkilib.