Türkiyənin xarici işlər naziri Hakan Fidan, Milli Müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat İdarəsinin (MİT) direktoru İbrahim Kalın Suriyaya səfər ediblər.
"Unikal" xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.
Qeyd olunur ki, işgüzar səfər zamanı onlar Suriya prezidenti Əhməd Əl-Şaraa və digər Suriya rəsmiləri ilə görüşəcəklər.