AZ

Toylarımız nə tariximizə, nə də mədəniyyətimizə yaraşır Sosioloq

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Təəssüf ki, toylarımızda həddi aşan israfçılıq və bəzən ağlasığmaz səviyyədə təmtəraq müşahidə olunur. Yeməklərin bolluğu ilə yanaşı, çoxu da israf olunur. Dünyanın hansı ölkəsində bu qədər yemək israfa gedir? Bu, doğrudan da ayıbdır və cəmiyyətə yaraşmır”.Bunu Demokrat.az-a açıqlamasında sosioloq Mail Yaqub bildirib.O deyib ki, digər məsələ musiqinin səsidir:“Musiqi insanın zövq alması üçündür, dinclik verməlidir. Amma toylarımızda musiqinin səsi elə yüksək səviyyəyə çatır ki, insan əzab çəkir. Statistika da göstərir ki, Azərbaycanda toylarda musiqinin səsi standartdan bir neçə dəfə artıq olur. Bu, sağlamlığa da zərərlidir. Bütün bu problemlərin kökündə nəzarətsizlik və yanlış anlayışlar durur. Toyu edən insanlar kreditə girir, borca düşür. Bunları toyun təmtəraqlı olması xatirinə edir. Halbuki şadlıq saraylarının sahibləri itki çəkmir, öz pullarını alır, israf olub-olmaması onları maraqlandırmır”.Onun sözlərinə görə, ən çox zərər toy sahiblərinə dəyir:“Bir insanın mədəsinin tutumu nə qədərdir ki, bu qədər yemək sifariş olunur? Bu nə tariximizə, nə mədəniyyətimizə, nə də mənəviyyatımıza yaraşır. Biz toylarda israfçılığa yox, səmimiyyətə, xoşbəxtliyə önəm verməliyik. Toyun böyüklüyü yox, mənası önəmli olmalıdır. Bu sahədə dövlətin də müəyyən nəzarət mexanizmləri tətbiq etməsi vacibdir. Kapitalist sistemlərdə belə, əgər hədd aşılırsa, dövlət müdaxilə edir. Bu məsələyə yenidən baxılmalıdır. Xoşbəxtlik dəbdəbə ilə ölçülmür. Toylarımızı sadə, mənalı və ölçülü etməyi öyrənməliyik”.Leyla Turan

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
demokrat.az

1Mənbələr