AZ

Böyük Britaniya rekorda İMZA ATDI: Nəhəng yolka QURAŞDIRILDI – VİDEO

Böyük Britaniyada dünyanın ən hündür yolkası quraşdırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, Böyük Britaniyanın şəhərkənarı malikanələrindən biri ən hündür Milad ağacının quraşdırılması üzrə dünya rekordunu yeniləyib.

Rotberi şəhərciyi yaxınlığında yerləşən və Tüdor dövrünün intibah üslubunda tikilmiş Kreqsayd malikanəsi bu uğura imza atıb.

Oradakı ağacın hündürlüyü 44,7 metr təşkil edir. Bu nəticə ilə ağac rəsmi olaraq Ginnesin Rekordlar Kitabına daxil edilib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
41
interpress.az

1Mənbələr