Şərqşünas alim Sevil Əliyeva həmçinin bəstəkar kimi də tanınıb.
AzPost bildirir ki, Sevil Əliyeva hələ gənclik illərindən mahnılar yazıb. Bu mahnıları SSRİ xalq artisti Müslüm Maqomayevdən tutmuş bir sıra məşhur sovet müğənniləri oxuyublar.
Bu günlərdə onlayn hərrac platformasında Sevil Əliyevanın 1989-cu ildə SSRİ-nin “Melodiya” firması tərəfindən yazılmış plastinkası satışa çıxarılıb.
“Ümidin 12 ayı” adlanan bu plastinkada 8 mahnı var.
SSRİ xalq artisti Müslüm Maqomayev plastinkaya ön söz yazıb. “Sevildə musiqiyə həvəs uşaq yaşlarından başlayıb. Bu həvəs sonra sevgiyə çevrilib. Hazırda Sevil həyatını müsiqisiz təsəvvür edə bilmir. Sevil Əliyevanın mahnılarında ilk olaraq ürəyi riqqətə gətirən melodiya adamı özünə çəkir. Bir dəfə təsadüfən Sevilin gözəl və kədərli musiqi ifa etdiyini eşitdim. “Bu hardandır?” soruşdum. Sevil özünəməxsus təvazökarlıqla “Elə-belə, özüm yazmışam. Anama həsr etmişəm” dedi. Məndə onu dərhal oxumaq istəyi yarandı. Hər bir istedada başlanğıcda dəstək lazımdır”.
Plastinkada mahnıları Müslüm Maqomayev və Yuqoslaviyalı məşhur müğənni Radmila Karaklaiç oxuyur.
Sevil Əliyevanın müsiqilərinə məşhur sovet şairləri N.Dobronravov, İlya Reznik, Mixail Taniç, Fikrət Qoca və Plyaskovski şeir yazıb.
Plastinkada Müslüm Maqomayevin ifasında Sevil Əliyevanın məşhur “Ana” mahnısı yer alıb.
Müslam Maqomayevi Ümumittifaq Televiziya və Radiosunun estrada-simfonik ansamblı, Radmila Karaklaiçi isə “Kontakt” ansamblı müşaiyət edir.
Sevil Əliyeva 12 oktyabr 1955-ci ildə Bakı şəhərində anadan olub. Ailəlidir, bir qızı, iki oğlu var.
Ümummilli lider Heydər Əliyev və Zərifə Əliyevanın qızı, Əziz Əliyevin nəvəsi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bacısıdır. Sevil Əliyeva uzun illərdir övladları ilə birgə Londonda yaşayır. O, həm də “Space” Televiziyasının qurucusudur.