AZ

Venesiyada musiqi tədbirləri, spirtli içkilərin satışı və atəşfəşanlıq qadağan olundu

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Venesiya (İtaliya) meri Luici Brunyaro "şəhər mənzərəsini, təhlükəsizliyini və həyat keyfiyyətini" qorumaq üçün fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.

Fərmana görə, dekabrın 24-də saat 22:00-dan dekabrın 25-də səhər saat 6:00-dək dövlət qurumlarına əyləncəli və musiqili tədbirlərin təşkili qadağandır. Məhdudiyyətlər kilsələrdən 500 metr məsafədə, həmçinin köhnə şəhər və adalarda, Mestredə çox sayda meydan və məhəllədə yerləşən müəssisələrə şamil edilir. Eyni zamanda, sözügedən ərazilərdə spirtli içkilərin satışı və atəşfəşanlıq da qadağandır. Ərzaq mağazaları 22:00-dan səhər 6:00-dək bağlı olacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
59
oxu.az

1Mənbələr