AZ

Metronun “İçərişəhər” stansiyasında dönmə tunelinin inşasına start verilib

Bakı.Trend:

Xətlərin ayrılması layihəsi çərçivəsində “İçərişəhər”stansiyasında dönmə tunelinin (dönmə kamerası) inşasına startverilib.

Trend xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumatyayıb.

Bildirilib ki, bu obyekt qatarların daha sürətli geri dönüşünü,minimal intervalı və pik saatlarda ehtiyat qatarın hazır vəziyyətdəsaxlanılmasını təmin edəcək. Həmçinin sərnişinlərin minib-düşməsahələri bir-birindən tam ayrılaraq “Həzi Aslanov” istiqamətinəminik yeni platformadan həyata keçiriləcək.

Ərazidə piyada zonası, yaşıllıq və 200+ yerlik yeraltı parkinqinyaradılması da planlaşdırılır.

Tikinti zamanı stansiyanın fəaliyyəti dəyişməyəcək.

Dönmə kamerası sərnişin girişinə xidmət etməyəcək.

Məqalədə:
Seçilən
52
7
az.trend.az

9Mənbələr