AZ

Kreml İlham Əliyevin sammitdən imtinasına münasibət bildirdi

Kreml Prezident İlham Əliyev MDB-nin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində iştirak etməyəcəyini anlayışla qarşılayırlar.

"Yeni Sabah" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Biz tamamilə başa düşürük: həqiqətən də bütün dövlət başçılarının çox gərgin iş qrafiki var, xüsusən, dekabr ayında, Yeni il ərəfəsində. Azərbaycanla tərəfdaşlığımızı, konstruktiv əməkdaşlığımızı inkişaf etdirməyə davam edirik. Azərbaycan da bütün əməkdaşlıq formatlarında iştirakını davam etdirir", - o vurğulayıb.

Bundan əvvəl Prezident Administrasiyası Azərbaycan liderinin iş qrafikinin sıxlığı ucbatından Sankt-Peterburqda keçiriləcək sammitdə iştirak etməyəcəyini açıqlamışdı.

Rəsmi Bakı qeyd edib ki, Azərbaycan MDB-nin rəsmi sammitlərində mütəmadi olaraq iştirak edir və MDB çərçivəsində əməkdaşlığa, o cümlədən MDB üzvü olan dövlətlərlə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verir.


Telegram kanalımız
Seçilən
39
yenisabah.az

1Mənbələr