AZ

Rektor: Qərbi Azərbaycan mövzusunda xüsusi kursların və tədris proqramlarının hazırlanması üzərində düşünürük

Bakı, 22 dekabr, AZƏRTAC

Hesab edirik ki, Bakı Dövlət Universiteti Qərbi Azərbaycan məsələsində aparıcı intellektual mərkəzlərdən biri kimi mühüm rol oynaya bilər. Universitetin bu prosesə verəcəyi töhfə, qeyd etdiyim kimi, tədqiqat mərkəzlərinin yaradılması, multidisiplinar elmi araşdırmaların aparılması, beynəlxalq konfrans və simpoziumların təşkili, eləcə də digər elmi və maarifləndirici tədbirlərlə ifadə olunacaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev “Böyük yolun davamı” adlı konfransda çıxışı zamanı söyləyib.

“Qərbi Azərbaycan mövzusunda xüsusi kursların və tədris proqramlarının hazırlanması üzərində də düşünürük. Bu istiqamətdə hamımızın birgə səylərinin səfərbər edilməsi son dərəcə vacibdir”, - deyə rektor bildirib.

Seçilən
64
azertag.az

1Mənbələr