AZ

Türkiyədə “Şərq Expressi” turist qatarı fəaliyyətini bərpa edir

Ankara, 22 dekabr, AZƏRTAC

Türkiyədə “Şərq Express” turist qatarının xidməti bərpa olunur.

AZƏRTAC xəbər verir ki, qış mövsümünün ilk qatarı bu gün Ankaradan yola düşəcək və 33 saata təyinat yeri olan Qarsa çatacaq.

Qatarın 1360 kilometrlik marşrutu boyu 4 saata qədər dayanacaqlar nəzərdə tutulub və bu da sərnişinlərə Ərzincan, Ərzurum, İliç, Divriği və Sivas kimi şəhərləri gəzməyə imkan verəcək.

Mənzərəli marşrut boyunca müntəzəm reyslər 2026-cı il martin 1-ə qədər davam edəcək. Ümumilikdə 60 reys və 10 min 800 biletin satılacağı planlaşdırılıb.

“Şərq Expressi” Türkiyədə 2019-cu il mayın 29-dan istifadəyə verilib. Bugünə qədər Anadolunun 80 mindən çox sakini və qonağı turizm marşrutundan istifadə edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
74
azertag.az

1Mənbələr