AZ

Fransada Luvr muzeyindən oğurlanan zinət əşyalarının sayı açıqlanıb

Qarətçilər soyğun zamanı Luvr muzeyindən 8000-dən çox brilyant və 200-dən çox mirvari oğurlayıblar.

AZƏRTAC xəbər verir ki, BFMTV telekanalının məlumatına görə, soyğunçuların oğurladığı səkkiz zərgərlik əşyasında ümumilikdə 8482 brilyant, 35 zümrüd, 34 sapfir və 212 mirvari olub. Onların dəyəri 88 milyon avro həcmində qiymətləndirilir.

Həmçinin vurğulanır ki, cinayətkarların qarət zamanı istifadə etdikləri nəqliyyat vasitələri oktyabrın 19-da Parisin şimalında yerləşən Obervil kommunasındakı məhəllələrdən birindən yola çıxıb.

 

Seçilən
16
3
azerbaijan-news.az

4Mənbələr