AZ

Kreml İlham Əliyevin Rusiyaya səfər etməməməsinə münasibət bildirib

“Kreml başa düşür ki, Azərbaycan Prezidenti İlham Əliyev Sankt-Peterburqa və MDB-nin qeyri-rəsmi sammitinə gedə bilməyəcək”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Biz tamamilə anlayışlıyıq və başa düşürük ki, dövlət başçılarının, xüsusən də dekabr ayında, Yeni il ərəfəsində çox sıx qrafikləri var", - deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Prezident Administrasiyasından AZƏRTAC-a bildirilib ki, İlham Əliyev iş qrafikinin sıxlığına görə Sankt Peterburqda keçirilən tədbirlərdə iştirak etməyib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
29
missiya.az

1Mənbələr