AZ

Ruslar tankları dronlardan qorumaq üçün konteynerlərdən istifadə edir

Rusiya ordusunda yeni növ improvizə edilmiş zireh mühafizəsi müşahidə edilib. Hərçilər birbaşa tank gövdələrinə ISO gəmi konteynerləri quraşdırırlar.

Herbiand.az bildirir ki, bu texnikaların videosu “Region 22” Telegram kanalı tərəfindən yayımlanıb.

Konteynerlərin ön hissəsində topun işləməsi üçün deşiklər açılıb və üstü əlavə olaraq metal torla örtülüb. Bu, çox güman ki, dronlardan qorunmaq üçündür. Lakin tankın şassisi açıq qalır.

Standart konteynerin çəkisi təxminən 2,2 tondur. Lakin indiki halda, çəki alt və ön hissələri kəsilməklə qismən azaldılıb.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
53
herbiand.az

1Mənbələr