AZ

Bu iki ölkədə CÜZAM AŞKARLANDI

Yazını böyüt
Yazını kiçilt

Rumıniya Səhiyyə Nazirliyi ölkənin şimal-qərbindəki Kluj Napoka şəhərindəki bir spa mərkəzində çalışan iki masajçıya cüzam diaqnozu qoyulduğunu açıqladı. Səlahiyyətlilər, 21 və 25 yaşlarında olan iki xəstənin İndoneziya vətəndaşı olduğunu və müalicəyə başladığını bildirdilər. Digər iki nəfər də cüzam şübhəsi ilə müayinə olunur.

Hafta.az yazır ki, səhiyyə naziri Aleksandru Roqobete, spa mərkəzinə gələn vətəndaşların narahatlığına ehtiyac olmadığını bildirdi və cüzamın ötürülməsi üçün uzun müddətli və yaxın təmasın vacib olduğunu vurğuladı. Nazir Roqobetenin sözlərinə görə, xəstələrdən biri bu yaxınlarda Asiyaya səyahət edib və orada bir ay anası ilə qalıb. Anası da hazırda eyni xəstəlik səbəbindən xəstəxanadadır. Səlahiyyətlilər spanın müvəqqəti olaraq bağlandığını və hərtərəfli araşdırmanın başlandığını açıqladılar. Rumıniya Səhiyyə Nazirliyi ölkədə sonuncu cüzam hadisəsinin 44 il əvvəl aşkarlandığını xatırladıb.

Bu arada, Xorvatiyanın Split şəhərində bir cüzam hadisəsi aşkar edilib. Xəstənin xəstəxanaya yerləşdirildiyi və yaxın təmasda olanlara profilaktik müalicə verildiyi açıqlandı.

Səhiyyə orqanları cəmiyyətə yoluxma riskinin son dərəcə aşağı olduğunu vurğuladılar. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, cüzam adətən dəri və sinir zədələnmələri, hissiyyat itkisi zamanı özünü göstərir və erkən diaqnozla tamamilə sağalır.

Seçilən
12
1
hafta.az

2Mənbələr