AZ

Amnistiya aktının icrasına başlanıldı - YENİLƏNİB

Amnistiya aktının icrasına başlanıldı - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında amnistiya aktının icrasına başlanılıb. Dekabrın 19-da Milli Məclis tərəfindən qəbul edilən amnistiya qərarının icrası bu gündən etibarən həyata keçirilir.

Amnistiya aktının icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin tabeliyində olan cəzaçəkmə müəssisələrində aparılır.

İlkin siyahıya əsasən, 5 minə yaxın şəxs azadlıqdan məhrumetmə cəzasından azad ediləcək, 3 mindən çox şəxsin isə cəzası 6 ay müddətinə azaldılacaq. Bundan əlavə, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri üzrə ümumilikdə 10 mindən çox şəxs amnistiya aktının əhatə dairəsinə düşür.

***

Bu gündən etibarən cəzaçəkmə müəssisələrində rəsmi şəxslərin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin iştirakı ilə məhkumların bir qisminin azadlığa buraxılması prosesi həyata keçiriləcək.

Qeyd edək ki, dekabrın 19-da Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edib.

Xatırladaq ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkumların sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, onların 5 minə yaxınının azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.

Seçilən
55
49
afn.az

10Mənbələr