Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə cari ilin yanvar-noyabr aylarında 25 milyon müraciət edilib.
Ölkənin sosial reyestri olan “e-sosial” portalından həmin dövrdə 15,4 milyon dəfə istifadə olunub, 235 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib.
Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda Nazirliyin xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur. Həmçinin bir çox proaktiv xidmətlər, geniş funksional imkanlara malik “e-sosial” portalı, “Əmək və Məşğulluq” altsistemi fəaliyyət göstərir.
Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin 11 ayı ərzində Nazirliyin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 427 milyon olub.
XQ