Rusiya Baltik donanmasının dəniz piyadaları briqadası diviziyaya çevrilib.
Herbiand.az Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, yeni yaradılmış bölmənin gənc əsgərlərinin aktiv döyüş təlimi “Xmelevka” təlim poliqonunda davam edir.
İnterfaks agentliyi daha əvvəl bildirmişdi ki, dekabr ayının 1-də Sakit Okean donanmasının mətbuat xidməti Uzaq Şərqdə yerləşən 155-ci dəniz piyadaları briqadasının diviziyaya çevrildiyi barədə məlumat yayıb.
18 dekabrda Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov Hərbi Dəniz Qüvvələrində dəniz piyadaları korpusunun komandanlığı və iki dəniz piyadaları diviziyasının yaradıldığını açıqlayıb.
Hərbi Dəniz Qüvvələri komandanlığı orta müddətli dövrdə donanmalardakı mövcud beş dəniz piyadaları korpusu briqadasının diviziyalara, Xəzər donanmasının dəniz piyadaları korpusu alayının isə briqadaya çevriləcəyini açıqlayıb.
Bəxtiyar CƏFƏRLİ