Operativmedia saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin mühüm tərkib hissəsini cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqi təşkil edir. Əfv və amnistiya institutları məhz bu prinsiplərin hüquqi mexanizmləri kimi çıxış edərək, cəzanın tərbiyəvi mahiyyətinin gücləndirilməsinə və məhkumların cəmiyyətə yenidən islah olunmuş şəxs kimi qayıdışına xidmət edir. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş humanizm siyasətinə sadiq qalan ölkə Prezidenti İlham Əliyevin də hazırkı rəhbərliyi dövründə əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu təşəbbüsünun irəli sürülməsi təcrübəsi uğurla davam etdirilir.
Operativ Media xəbər verir ki, bunu insan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva 4 saylı cəzaçəkmə müəssisəsində məhkumların azad olunması mərasimində çıxış edərkən deyib.
Səbinə Əliyeva qeyd edib ki, humanist cəza siyasətinin davamı olaraq Prezident İlham Əliyev tərəfindən amnistiya aktı barədə qərar layihəsinin Milli Məclisə təqdim edilməsi təşəbbüsü irəli sürülüb: "Növbəti amnistiya ilə bağlı qanun layihəsinin Milli Məclisə təqdim olunması dövlətin ardıcıl və sistemli humanist siyasətinin davamı kimi qiymətləndirilə bilər. Amnistiya aktları yalnız hüquqi mexanizm deyil, eyni zamanda, sosial ədalətin, mərhəmətin və insan ləyaqətinə hörmətin təzahürüdür".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.