Bakı. Trend:
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 219ümumi təhsil məktəbində STEAM layihəsi tətbiq edilir.
Trend xəbərverir ki, bu barədə BŞTİ məlumat yayıb.
Bildirilib ki, layihə BŞTİ-nin tabeliyindəki məktəblərdə 7 109sinif üzrə 200 minə yaxın şagirdi əhatə edir.
"Layihə çərçivəsində keçirilən STEAM Azərbaycan FestivalındaBŞTİ-nin tabeliyindəki məktəblər üzrə 64 şagird fərqlənib. Onlardan43 nəfər I, 65 nəfər II, 49 nəfər III yerə layiq görülüb. 108şagird isə xüsusi nominasiyalar üzrə medal və hədiyyələrqazanıb.
Elm və Təhsil Nazirliyi tərəfindən reallaşdırılan layihəninməqsədi inkişaf etmiş ölkələrdə müasir çağırışlar əsasında həyatakeçirilən təhsil yeniliklərinin ölkəmizdə tətbiqi imkanlarınınöyrənilməsi və tədrisindən ibarətdir", məlumatda qeyd edilib.