AZ

Şəhərin mərkəzində piyada keçidlərini zəbt edən sürücülər 77 HN 963 və 77 LC 318 VİDEO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Paytaxtın Səbail rayonu, Lev Tolstoy küçəsində qaydaları pozan sürücülər görüntülənib.

Bu barədə izləyicilərdən biri Avtosfer.az-ın “Instagram” səhifəsinə videomaterial göndərib. Kadrlardan məlum olur ki, 77-HN-963 dövlət nömrə nişanlı “Fiat” markalı avtomobil piyada keçidinə yaxın məsafədə, 77-LC-318 dövlət nömrə nişanlı “Daewoo” markalı avtomobil isə birbaşa iki piyada keçidinin üzərində saxlanılıb.

Bundan əlavə, hər iki nəqliyyat vasitəsinin döngə hissəsində park edilməsi ərazidən keçən digər sürücülərin hərəkətinə ciddi çətinlik yaradıb və yolun təhlükəsizliyini risk altına qoyub.

Xatırladaq ki, qanunvericiliyə əsasən, piyada keçidlərinin üzərində və onlara yaxın məsafədə, eləcə də döngələrdə avtomobil saxlamaq qadağandır. Bu cür pozuntular təkcə cərimə ilə nəticələnmir, eyni zamanda piyadaların və sürücülərin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Sürücülərdən xahiş olunur ki, şəxsi rahatlığı deyil, ümumi təhlükəsizliyi üstün tutsunlar.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
77
avtosfer.az

1Mənbələr