Birləşmiş Təyyarə Korporasiyası və Birləşmiş Mühərrik Korporasiyasının (hər ikisi “Rostex”in bir hissəsidir) mütəxəssisləri Su-57 beşinci nəsil təyyarə sisteminin bir hissəsi olaraq “Product 177” mühərrikinin uçuş sınaqlarına başlayıblar.
Herbiand.az bu barədə “Rostex”in mətbuat xidmətinə istinadən bildirir.
Məlumata görə, Rusiyanın Əməkdar sınaqçı-pilotu Roman Kondratyev təyyarəni havaya qaldırıb. Uçuş planlaşdırıldığı kimi davam edib.
Qeyd edilib ki, Su-57 real döyüş şəraitində özünü sübut edib və gizlilik xüsusiyyətləri də daxil olmaqla beşinci nəsil təyyarə sistemləri üçün tələblərə cavab verdiyini təsdiqləyib.
Bəxtiyar CƏFƏRLİ