AZ

Rusiyanın məşhur “Solntsevkaya” cinayətkar dəstəsinin eks-lideri suda boğulub

90-cı illərin “Solntsevskaya” mütəşəkkil cinayətkar dəstəsi ilə əlaqəli olan 69 yaşlı iş adamı Viktor Averin Moskva vilayətində qayıq gəzintisində olarkən boğulub.

AzPost Kommersant-a istinadən  xəbər verir ki, hadisə şənbə günü axşam Klyazma su anbarındakı yaxt klubunun sularında baş verib. Mash-ın məlumatına görə, Averin və digər beş sərnişini daşıyan qayıq aşıb. Ondan başqa hamı sahilə çıxmağı bacarıb.
Agentlik qeyd edib ki, qayıqda Putinin əmisi oğlu və keçmiş sinif yoldaşı Viktor Xmarin də olub. ÇK-OGPU teleqram kanalının məlumatına görə, Averin və Xmarin bu yaxınlarda Averin tərəfindən alınan torpaq sahəsini yoxlamağı planlaşdırırdılar.
Rəsmilər hadisənin səbəbini açıqlamayıblar.

ÇK-OGPU bildirir ki, müstəntiqlər yalnız qəza versiyasını nəzərdən keçirirlər.

Solntsevskaya mütəşəkkil cinayətkar dəstəsi 1980-ci illərin sonlarında Moskvanın Solntsevskaya rayonunda yaranıb. Viktor Averinin (Avera) bu mütəşəkkil cinayətkar qruplaşmada Sergey Mixaylovdan (Mixas) sonra ikinci ən vacib şəxs olduğunu bildirilir.
Qrup reketçilik, şantaj, silah ticarəti, narkotik ticarəti, insan alveri, fahişəlik və banklar, kazinolar və neft vasitəsilə çirkli pulların yuyulması ilə məşğul olub.

AzPost.az

Seçilən
121
1
azpost.info

2Mənbələr