AZ

Ukraynada minlərlə insan evlərini tərk edir

Ukrayna hakimiyyətləri son altı ay ərzində cəbhə xəttinə yaxın ərazilərdən təxminən 147 min nəfəri təxliyə edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə ölkənin İcma və Ərazi İnkişafı Nazirliyi məlumat yayıb.

Məlumata görə, 1 iyun tarixindən etibarən Kiyevin nəzarətində olan Donetsk Xalq Respublikasının (DXR) ərazilərindən təxminən 92 min 400 mülki şəxs çıxarılıb.

Dnepropetrovsk vilayətindən 35 mindən çox, Xarkov vilayətindən 8 min 300-dən çox, Sumı vilayətindən isə 4 min 400-dən artıq insan təxliyə olunub.

Ukraynanın nəzarətində olan Zaporijya və Xerson vilayətlərindən evakuasiya edilənlərin sayı müvafiq olaraq 2 min 800 və 3 min 700 nəfər təşkil edir.

Evakuasiya olunanlar arasında 16 min 500-dən çox uşaq var. Nazirlik cəbhə xəttinin yaxınlaşmasını nəzərə alaraq, sakinləri “imkandan istifadə edərək” vaxtında evakuasiya olunmağa çağırıb.

Seçilən
26
cebheinfo.az

1Mənbələr