AZ

ABŞ İrəvandakı səfirini geri çağırır

ABŞ prezident administrasiyası ən azı 29 səfirini müxtəlif ölkələrdən geri çağırır. 

"Unikal" xəbər  verir ki, bu barədə "Associated Press" agentliyi yazıb. 

Məlumata görə, diplomatların səlahiyyət müddəti 2026-cı ilin yanvar ayında bitir.

Diplomatik nümayəndəliklərə ötən həftə kadr dəyişiklikləri barədə məlumat verilib. Vəzifədən gedən bütün səfirlər ABŞ-nin keçmiş prezidenti Co Baydenin dövründə vəzifələrdə çalışıblar. Amerikanın yeni diplomatik strategiyası Donald Trampın "Birinci yerdə Amerika" prioritetini tam dəstəkləyəcək kadrların cəlb edilməsini nəzərdə tutur.

Ən çox səfir (13) Afrikadan geri çağırılıb. Asiyada Tramp administrasiyası Vyetnam və Filippin də daxil olmaqla altı ölkədən səfirlərini geri çağırır.

Əlcəzair və Misirdəki yüksək vəzifəli Amerika diplomatları da işdən çıxarılma bildirişləri alıblar. Kadr dəyişiklikləri ABŞ-nin Ermənistan, Şimali Makedoniya və Slovakiyadakı səfirliklərinə də təsir edəcək.

Ağarza Elçinoğlu 

Seçilən
69
unikal.az

1Mənbələr