AZ

ABŞ senatorundan TƏKLİF: Ukraynaya “Tomahawk” raketləri verilməlidir – VİDEO

ABŞ senatoru Qrem yenidən Trampın Ukraynaya Tomaqavk raketləri verməsini təklif edib.

İnterpress.az xəbər verir ki, bu barədə ABŞ senatoru Lindsi Qrem bəyan edib.

Məlumata görə, senator Lindsi Qrem Donald Trampa müraciət edərək, Rusiya Prezidenti Vladimir Putinin sülh danışıqlarından imtina edəcəyi təqdirdə atılmalı olan sərt addımları sadalayıb.

“Biz Rusiya ilə təmasları davam etdiririk və Putini danışıqlar masası arxasına cəlb etməyə çalışırıq, lakin o, bütün səylərimizi rədd edir. Əgər o, bu dəfə də ‘yox’ deyərsə, ümid edirəm ki, Tramp bunları edəcək: Çin kimi ucuz Rusiya nefti alan ölkələrə rüsum tətbiq edən və 85 həmmuəllifi olan qanun layihəmi imzalamalıdır. Həmçinin 20 min ukraynalı uşağın oğurlanmasına görə Rusiyanı terrorun sponsoru olan dövlət elan etməli və ən əsası, Venesuelada olduğu kimi, qadağan olunmuş Rusiya neftini daşıyan gəmiləri ələ keçirməlidir”, – deyə senator bildirib.

Qrem vurğulayıb ki, diplomatik cəhdlər nəticə verməzsə, hərbi dəstək artırılmalıdır:

“Əgər Putin sülh planına ‘yox’ deyərsə, biz oyun qaydalarını kəskin şəkildə dəyişməliyik. Bura Rusiyadakı dron və raket zavodlarını vurmaq üçün Ukraynaya ‘Tomahawk’ raketlərinin verilməsi də daxil olmalıdır”.

 

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
37
interpress.az

1Mənbələr