ain.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Lipetsk hərbi aerodromunda Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Su-30 və Su-27 qırıcıları məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Kəşfiyyat idarəsi məlumat yayıb.
“Bir neçə həftədir hazırlanan diversiya əməliyyatı nəticəsində hər iki təyyarə anqarda olarkən yandırılıb”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, bundan öncə Belbek aerodromunda 2 ədəd Su-27 qırıcısı məhv edilmişdi.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.