AZ

AİB rəqəmsal ticarətin sürətləndirilməsində Azərbaycanı və digər tərəfdaşları dəstəkləyir

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadiƏməkdaşlıq (CAREC) təşəbbüsünün ikinci mərhələsi — İnteqrasiyaolunmuş Ticarət Gündəliyi 2030: rəqəmsal ticarətinsürətləndirilməsi (3-cü alt-layihə) çərçivəsində Azərbaycana, eləcədə Mərkəzi və Cənubi Asiyanın digər ölkələrinə dəstək göstərir.

Trend bu barədəAİB-ə istinadən xəbər verir.

Təşəbbüs ticarət proseslərinin rəqəmsallaşdırılması vətranssərhəd əməliyyatların asanlaşdırılması yolu iləmodernləşdirilməsinə yönəlib.

Koreyanın "e-Asia and “Knowledge Partnership Fund” tərəfdaşlıqfondundan ayrılmış 900 min ABŞ dolları məbləğində texniki yardımhesabına maliyyələşdirilən alt layihə elektron ticarət sənədlərinintətbiqinin sürətləndirilməsini, rəqəmsal ticarət üzrə modelqaydalar, prinsiplər və standartlardan istifadənin təşviqini,həmçinin transsərhəd məlumat və ödəniş axınlarının idarə edilməsisisteminin yaradılmasını nəzərdə tutur.

Layihədə iştirak edən ölkələr sırasında Azərbaycan, Gürcüstan,Qazaxıstan, Qırğız Respublikası, Monqolustan, Pakistan, Çin,Tacikistan, Türkmənistan və Özbəkistan yer alır.

“AİB-in məlumatına görə, milli rəqəmsal strategiyaların qəbuledilməsinə baxmayaraq, CAREC ölkələrinin bir çoxunda elektronticarət sənədləri və model standartlar hələ tam tətbiq olunmayıb.Transsərhəd məlumat mübadiləsi, məxfilik, kibertəhlükəsizlik vərəqəmsal ödənişlərin uyğunluğu sahələrində çətinliklər mövcuddur,eləcə də ticarət əlaqəliliyinin infrastrukturu üzrə boşluqlarqalır. Layihə bilik mübadiləsi, pilot layihələr və potensialınartırılması vasitəsilə bu boşluqların aradan qaldırılmasınayönəlib”, – AİB-in məlumatında qeyd olunub.

Təşəbbüsün CAREC ölkələrinin qlobal iqtisadiyyatainteqrasiyasını gücləndirəcəyi, regional ticarətin “yaşıltransformasiya"sını irəli aparacağı və CAREC 2030 İnteqrasiyaolunmuş Ticarət Gündəliyi, İqlim Dəyişikliyi üzrə RegionalFəaliyyət Proqramı və İqlim, innovasiyalar və ticarət məsələləriüzrə CAREC tərəfdaşlığına dair Bakı Bəyannaməsi çərçivəsində iqlimhəllərini dəstəkləyəcək.

Məqalədə:
Seçilən
77
1
az.trend.az

2Mənbələr