“Barselona”nın hücumçusu Robert Levandovski La Liqanın 17-ci turunda “Vilyarreal”la oyunda (2:0) 62-ci dəqiqədə meydana çıxıb və beş aparıcı Avropa çempionatında (İspaniya, İngiltərə, Almaniya, İtaliya, Fransa) 500-cü oyununu keçirib.
Publika.az xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.
Bu matçlar ərzində polşalı futbolçu 389 qol vurub. Ondan daha çox top yalnız iki futbolçunun aktivində var. Söhbət əfsanələr - Lionel Messi (496) və Kriştiano Ronaldodan (495) gedir.