Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bu gün Azərbaycan II Liqasında XIV tur start götürəcək.
Fanat.Az xəbər verir ki, ilin son turunun ilk oyun günündə 3 görüş keçirilməlidir.
Ancaq ötən tur "Qaradağ Lökbatan"la oyuna çıxmayan "Şəki Siti"nin lider "Xankəndi" ilə matça da gəlməyəcəyi gözlənilir. Belədə Qarabağ təmsilçisi 3 xalı oynamadan əldə edəcək.
"Xankəndi" ilə şərikli lider olan "Qaradağ Lökbatan"ın da işi çətin olmayacaq. Qəzənfər Abbasovun baş məşqçisi olduğu komanda bu gün evdə aşkar autsayder "Araz Saatlı"nı qonaq edəcək.
Günün daha bir oyunu iosə Qubada baş tutacaq. Şəhərin eyniadlı təmsilçisi "Ağdaş"la üz-üzə gələcək.
Tura sabah 3 oyunla yekun vurulacaq.
Azərbaycan II Liqası
XIV tur
22 dekabr
14:00. “Şəki Siti” – “Xankəndi”
Hakimlər: Murad Səlimov, Sənan Atayev, Orxan İbişov, Sənan Bayramzadə.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Rekord Arena”.
14:30. “Qaradağ Lökbatan” – “Araz Saatlı”
Hakimlər: Mahmud Bağırzadə, Ruslan Babayev, Tural Bayramov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu.
14:30. “Quba” – “Ağdaş”
Hakimlər: Alik Yunusov, Ruslan Məmmədov, Əhməd Əhmədsoy, Nazim Abdullayev
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Törə Əhmədova.
Quba. Olimpiya İdman Kompleksinin stadionu.

Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.