AZ

The Guardian: Avropa Ukraynaya görə Afrikaya humanitar yardımı azaldır...

Avropa ölkələri səhiyyə və yoxsulluqla mübarizə proqramlarını ixtisar edir...

Poliqon xəbər verir ki, Avropa ölkələri Ukraynaya maliyyə ayırmaq və Avropa müdafiəsini gücləndirmək məqsədilə Afrikaya göstərilən humanitar yardımı azaldırlar. The Guardian nəşri yazır ki, bunun çərçivəsində dekabr ayında İsveç Mozambik, Zimbabve, Liberiya, Tanzaniya və Boliviyaya ayırdığı maliyyəni azaltmaq qərarı verib. Almaniyanın 2026-cı il üçün humanitar büdcəsi isə əvvəlki ilə nisbətən demək olar ki, iki dəfə azdır.

Berlin Humanitar Fəaliyyət Mərkəzinin direktoru Ralf Züdhof qeyd edib ki, Almaniya bu il Latın Amerikasındakı fəaliyyətini mərhələli şəkildə azaldıb, Asiya layihələrində iştirakını məhdudlaşdırıb və Avropaya təsir edən böhranlara fokuslanmaq istəyir.

The Guardian əlavə edir ki, Böyük Britaniya, Norveç və Fransa da humanitar yardımın ixtisarını açıqlayıb. Züdhofun fikrincə, bundan sonra yardım daha çox “əməliyyat xarakterli” olacaq və donorlar üçün birbaşa fayda gözlənilən istiqamətlərə yönələcək.

Nəşrin məlumatına görə, yardımların ixtisarından ən çox Mozambik zərər görüb. Eyni zamanda Zimbabve, Tanzaniya, Nigeriya, Cənubi Afrika və Zambiya HIV və AİDS-ə qarşı proqramların maliyyələşməsinin azalmasından əziyyət çəkə bilər.

Poliqon.info

Seçilən
64
poliqon.info

1Mənbələr