AZ

Bu ərazilərdə işıq olmayacaq


Bu gün Xaçmaz rayonunun Xudat şəhərinin bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Məlumata görə, Xudat Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 110/35/10 kV-luq "Xudat" yarımstansiyasında 10 kV-luq bölmədə təmir işləri aparılacaq.
Bununla əlaqədar olaraq saat 11:00-dan 13:00-dək 10 kV-luq hava xətləri üzərində yerləşən rayonun bir sıra kənd və qəsəbələrdə (Həsənqala, Ağaşirinoba, Çinartala, Dədəli, Bostançı, Baraxum, Palıdlı, Kənd Xudat, Seyidlər, Mahsuskənd, Yasaqoba, Aşağı Ləgər, Balaqusar), eləcə də Xudat şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Seçilən
44
28
yeniavaz.com

10Mənbələr