AZ

Avropa İttifaqı Ukraynaya dəstək səbəbindən trilyonlarla avroitirə bilər

Avropa İttifaqı (Aİ) Ukraynadakı münaqişə səbəbindən birbaşa xərclər formasında 1 trilyon avrodan çox vəsait itirə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə İtaliyanın "L'AntiDiplomatico" nəşri məlumat yayıb.

Məqalədə qeyd olunur ki, Aİ eyni zamanda rəqabət qabiliyyətinin zəifləməsi və Rusiya bazarının yaxın illərdə tamamilə itirilməsi riski ilə üz-üzə qala bilər. Ekspertlərin hesablamalarına görə, Avropa İttifaqı ABŞ bazarında da tariflər və əlverişsiz ticarət razılaşmaları səbəbindən ciddi maliyyə itkiləri ilə qarşılaşacaq.

Nəşrdə vurğulanır ki, “Avropanı gözləyən dağıdıcı iqtisadi kollapsa alternativ yalnız Rusiyaya qarşı müharibəyə birbaşa qoşulmaqdır ki, bu da münaqişənin fəlakətli nəticələrini geri çevirmək ümidi daşıyır”.

ABŞ Prezidenti Donald Tramp dekabr ayında Politico nəşrinə verdiyi müsahibədə Avropa siyasətçilərini “zəif” adlandırıb. Onun sözlərinə görə, Avropa yalnız Ukrayna barədə danışır, lakin münaqişənin nizamlanması üçün real addımlar atmır. Tramp bildirib ki, Avropada düşmənləri yoxdur, amma bir çox avropalı liderlər “öz işlərinin öhdəsindən gələ bilmirlər”.

Nuriyyə NATİQQIZI

Seçilən
64
1
redaktor.az

2Mənbələr