AZ

Respublikaçılar Trampın səhhəti ilə bağlı narahatdırlar

Prezidentin təyyarədən enərkən göstərdiyi süst hərəkətlər Respublikaçılar arasında narahatlıq yaradıb...

ABŞ prezidenti Donald Trampın sağlamlığı Respublikaçı tərəfdarları arasında narahatlıq doğurub.

Poliqon xəbər verir ki, bu barədə Daily Beast nəşri məlumat yayıb və nəşr “Amerikanı yenidən böyük edək” hərəkatının fəalı Pol Villarrealın X sosial şəbəkəsində paylaşdığı videoya diqqət çəkib.

Videodan görünür ki, Tramp təyyarənin pilləkənindən enmədən əvvəl sağ ayağına üç dəfə əlini vurur, sonra isə dəmir pilləkən tutacağına yapışaraq yavaş-yavaş aşağı enir. Enəndən sonra prezident mühafizəçiləri ilə birlikdə maşına oturur və pəncərədən görünür ki, əlində içki, ehtimal ki, diet kola götürür.

Dekabrın əvvəlində Tramp bəzi ABŞ KİV-lərini sağlamlığı ilə bağlı yayılan məlumatlar üçün tənqid edib və onlara qarşı sanksiyalar tətbiq etmək təhlükəsi ilə çıxış edib. O, özünün dövlət başçısı vəzifələrini uğurla yerinə yetirdiyini və mütəmadi tibbi müayinədən keçdiyini bildirib.

Noyabrın sonunda The New York Times qəzetində dərc edilən məqalədə qeyd olunurdu ki, 79 yaşlı Tramp enerjili və aktiv siyasi obrazı saxlamaqda çətinlik çəkir. Jurnalistlər yazırdılar ki, Respublikaçı prezident bəzən Ağ Evdə keçirilən tədbirlərdə göz qırpıb yuxuya gedir və çıxışları bəzən buraxır.

Poliqon.info

Seçilən
49
poliqon.info

1Mənbələr