AZ

İlin modeli nin səhhətində problem var

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Bu il "İlin modeli" seçilən amerikalı model Anok Yainin səhhətində problem yaranıb.

Axşam.az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.

28 yaşlı Anok bildirib ki, son bir ildir ürəyini həddindən artıq yükləyən və ağciyərlərinə zərər verən anadangəlmə bir qüsurla mübarizə aparır. Uzun müddət simptomsuz keçən xəstəlik sonradan davamlı öskürək, sinə ağrıları, qanlı öskürək və nəfəs darlığı ilə özünü göstərib.

Anok vəziyyətinin getdikcə ağırlaşdığını anlayaraq cərrahi müdaxiləyə qərar verib. O, ağciyərlərindən əməliyyat olunduğunu bildirib.

Qeyd edək ki, daha əvvəl Fələstin əsilli amerikalı məşhur supermodel Bella Hadid uzun müddət əziyyət çəkdiyi Lyme xəstəliyinin (gənə ilə ötürülən borrelioz) yenidən yarandığını və müalicə aldığını açıqlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
25
axsam.az

1Mənbələr