AZ

Ronaldo ölkəsində ən bahalı malikanə tikdirir - Qiyməti isə... (FOTOLAR)

Səudiyyə Ərəbistanının "Al-Nassr" klubunda oynayan Cristiano Ronaldo Portuqaliyada ən bahalı malikanə tikdirir. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Ronaldo ölkəsinin ən nüfuzlu özəl ərazilərindən biri hesab edilən Quinta da Marinhada təxminən 29 milyon dollar dəyərində lüks bir mülkə sahib olub. 
 
Yeni tikilmiş malikanədə tennis kortu, iki üzgüçülük hovuzu, özəl kinoteatr, spa və superkarlar kolleksiyasını yerləşdirmək üçün nəzərdə tutulmuş geniş qaraj da daxil olmaqla bir sıra eksklüziv xüsusiyyətlər mövcuddur.

Ronaldonun Portuqaliyada dəbdəbəli bir iqamətgah tikməsi ilk dəfə deyil. İllər ərzində o, bir çox ölkələrdə lüks əmlak portfeli yaratmaqla sərvətini və qlobal həyat tərzini daha da vurğulayıb.

Ulduz futbolçunun dünya üzrə 8-10 arasında yüksək profilli mülkə sahib olduğu bildirilir. Bunlara Portuqaliya, İspaniya, İtaliya və Səudiyyə Ərəbistanındakı malikanələr, eləcə də Portuqaliyada tikilməkdə olan böyük bir qocalar evi daxildir.

Gülayə Mecid 

Seçilən
76
2
unikal.az

3Mənbələr