
Macarıstanın Baş naziri Viktor Orban Rusiyaya qarşı tətbiq olunan sanksiyaların məqsədinə çatmadığını, əksinə Avropaya ciddi zərbə vurduğunu bildirib.
Hökümət başçısı bu barədə X hesabında yazıb.
“Brüssel sanksiyaların Rusiyanı çökdürəcəyini vəd edirdi. Bunun əvəzinə onlar Avropanı məhv etdi. Enerji qiymətləri kəskin artdı, rəqabətqabiliyyətlilik zəiflədi və Avropa geri qalmağa başladı”, – Orban qeyd edib.
Baş nazir vurğulayıb ki, bu, yanlış qərarların nəticəsidir və mövcud vəziyyətdə eskalasiyaya deyil, danışıqlara ehtiyac var.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta