Türkiyə parlamentinin növbəti iclası dava ilə yekunlaşıb.
"Unikal" xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş Assambleyasında 2026-cı ilin büdcəsi və 2024-cü il üzrə yekun hesab qanunu qəbul edildikdən sonra gərginlik yaşanıb.
Səsvermədən dərhal sonra CHP Qrup sədrinin müavini Murat Emir AK Parti Bursa millət vəkili Mustafa Varankın üzərinə doğru hərəkət edib.
Bu hadisə ilə başlayan gərginlik qısa zamanda böyüyərək AK Parti və CHP-dən olan digər millət vəkillərinin də müdaxiləsi ilə yumruqlu davaya çevrilib. Gərginlik yalnız parlamentin digər üzvlərinin müdaxiləsi ilə çətinliklə aradan qaldırılıb.
Gülayə Mecid