AZ

Premyer Liqa: İlin son oyununda “Sumqayıt” “Sabah”ı qəbul edir

Moderator.az saytına istinadən ain.az xəbər verir.

Bu gün Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulacaq.

Moderator.az xəbər verir ki, ilin son oyununda “Sumqayıt” “Sabah”ı qəbul edəcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək matçı baş hakim Tural Qurbanov idarə edəcək.

Qarşılaşmanın start fiti saat 19:30-da eşidiləcək.

“Sumqayıt” 15 oyundan sonra 27 xalla 4-cü, “Sabah” isə 34 xalla ikincidir.

Azərbaycan Premyer Liqası

XVI tur

22 dekabr

19:30. “Sumqayıt” – “Sabah”

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə

VAR: İnqilab Məmmədov

AVAR: Kamran Bayramov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Nəriman Axundov

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
3
moderator.az

2Mənbələr