AZ

Levandovski Top-5 liqalarda 500-cü oyununu keçirdi

“Barselona”nın hücumçusu Robert Levandovski Avropanın Top-5 liqalarında 500-cü oyununa çıxıb.

Msport.az xəbər verir ki, polyak forvard bu göstəriciyə İspaniya La Liqasının XVII turunda “Vilyarreal”a qarşı keçirilən və “Barselona”nın 2:0 hesablı qələbəsi ilə başa çatan matçda nail olub.

Levandovski oyuna 62-ci dəqiqədə Ferran Torresin əvəzinə daxil olub.

Təcrübəli hücumçu Top-5 liqalarda indiyədək 389 qol vurub. Bu göstəricidə o, yalnız “İnter Mayami”nin hücumçusu Lionel Messi (496 qol) və “Ən-Nəsr”in forvardı Kriştiano Ronaldodan (495 qol) geri qalır.

Qeyd edək ki, cari mövsümdə Levandovski La Liqada 13 oyunda səkkiz qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
18
2
msport.az

3Mənbələr