ABŞ prezidenti Donald Tramp mövzusu açıqlanmayan rəsmi bəyanatla çıxış etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Trampla birlikdə Pentaqon lideri Pit Heqset və Hərbi Dəniz Qüvvələri katibi Con Felan da çıxış edəcək.
"Çıxış bazar ertəsi, dekabrın 22-də, yerli vaxtla 16:30-da (Bakı vaxtı ilə 00:30, çərşənbə axşamı) baş tutacaq. Tədbirdə ABŞ-nin güc strukturlarının rəhbərləri də iştirak edəcək. Mərasim Florida ştatındakı Mar-a-Lago malikanəsində keçiriləcək. Donald Tramp çıxışından bir saat əvvəl qapalı kəşfiyyat brifinqi keçirəcək", - məlumatda qeyd olunub.
Gülayə Mecid