AZ

Xaricdən qarğıdalı alışı kəskin azalıb

Bu ilin ilk 11 ayında Azərbaycana 14,3 milyon dollar dəyərində 37,3 min ton qarğıdalı idxal edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, qarğıdalı idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6,2 milyon dollar və ya 30,2%, miqdar ifadəsilə isə 20,3 min ton, başqa sözlə 35,2% azdır.

Qeyd edək ki, 2024-cü ilin yanvar-noyabr ayları ərzində ölkəyə 20,5 milyon dollar dəyərində 57,6 min ton qarğıdalı idxal edilmişdi.

Bu ilin ilk 11 ayının nəticələrinə görə idxal olunan qarğıdalının 1 kiloqramının orta idxal qiyməti 65 qəpik təşkil edib. 2024-cü ilin eyni dövründə isə bu rəqəm 60 qəpik idi. Bu da illik müqayisədə 5 qəpik və ya 8,3% bahalaşma deməkdir.

Bu il 11 ayında ümumi idxalın 0,07%-i qarğıdalının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,11% idi.

Seçilən
25
fed.az

1Mənbələr