AZ

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

Qayanın dünyada bütün əsas qida qruplarında özünü təmin etməyə nail olan yeganə ölkədir. 

Bizim.Media xəbər verir ki, bu barədə "Nature Food" jurnalında dərc olunmuş  araşdırmada qeyd olunub.

Belə ki, alimlər 186 ölkə üzrə təhlillər aparıblar.

Yalnız Qayanın yeddi kateqoriyanın hamısında: meyvə, tərəvəz, süd məhsulları, balıq, ət, paxlalı bitkilər və qoz-fındıq, eləcə də nişastalı qidalar (düyü və kök tərəvəzlər kimi) üzrə özünü təmin etməyə nail olduğu müəyyən edilib.

Qayananın bu uğuru qazanmasında əsas amil əkinçiliyə fərqli yanaşmadır.

Sənaye kənd təsərrüfatına xas olan monokulturalar əvəzinə, Qayanadakı fermerlər qarışıq əkinçilikdən geniş istifadə edirlər. Bir sahədə bir neçə bitki yetişdirilir və hər biri digərini tamamlayır.

Qeyd edək ki, Cənubi Amerikada yerləşən Qayananın təxminən 830.000 nəfər əhalisi var. Əhalinin əksəriyyəti dar bir sahil zolağı boyunca yaşayır və ərazisinin 85%-i sıx tropik meşələrlə örtülüdür. 

Bizim.Media 

Seçilən
55
1
bizim.media

10Mənbələr