AZ

Mayami görüşü: ABŞ və Ukrayna razı, Rusiya isə NARAZIDIR

ain.az, Bakivaxti saytına istinadən bildirir.

Amerika və Ukrayna nümayəndə heyətləri birgə bəyanatda Mayamidə keçirilən məhsuldar və konstruktiv müzakirələri alqışlayıblar. Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, Amerika və Ukrayna nümayəndə heyətləri dünən birgə bəyanatda Ukraynadakı müharibəyə son qoymaq məqsədilə Mayamidə Avropa müttəfiqlərinin iştirakı ilə təşkil olunmuş danışıqlar zamanı aparılan məhsuldar və konstruktiv fikir mübadiləsini dəstəkləyiblər. Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkov və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerovun müvafiq "X" hesablarında paylaşdıqları bəyanatda deyilir: "Floridada son üç gün ərzində Ukrayna nümayəndə heyəti Amerika və Avropa tərəfdaşları ilə bir sıra məhsuldar və konstruktiv görüşlər keçirib".

Rusiya prezidentinin diplomatik müşaviri Yuri Uşakov isə Florida ştatının Mayami şəhərində keçirilən danışıqların üçüncü günündə bildirib:

"Avropalılar və ukraynalılar tərəfindən təqdim edilən təkliflər davamlı sülhə nail olmaq imkanını artırmır".

Aydın Baxış

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
bakivaxti.az

1Mənbələr