AZ

Kreml Vladimir Putinin İlham Əliyevlə görüşünün

Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə ayrı-ayrılıqda görüşləri planlaşdırılır.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

 

Onun sözlərinə görə, MDB liderlərinin qeyri-rəsmi ünsiyyəti ikitərəfli söhbətlərlə müşayiət olunur: "Əslində bu formatın dəyəri də bundadır".

 

Bundan əvvəl məlum olub ki, Azərbaycan Prezidenti İlham Əliyevi MDB ölkələri liderlərinin Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitində gözləyirlər.

 

Sonradan bəlli olub ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 21-22-də Sankt-Peterburqa işgüzar səfər edəcək və orada Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

 

MDB dövlət başçılarının qeyri-rəsmi sammiti dekabrın 22-də keçiriləcək.

Seçilən
30
1
senzor.az

2Mənbələr