Bakı. Trend:
"Liverpul"un hücumçusu Aleksander İsakda sınıq şübhəsi var.
Trend xəbər verir ki, isveçlifutbolçu İngiltərə Premyer Liqasının 17-ci turunda "Tottenhem"əqarşı oyunda (2:1) qol vurarkən ayağından zədə alıb. Klubda çarpazbağların zədələnməsi ehtimalının istisna edildiyi bildirilib.
"The Athletic"in məlumatına görə, İsak ayağını sındıra bilər. Buhalda yayda 125 milyon funt-sterlinqə transfer olunan "Liverpul"unhücumçusu bir neçə ay meydana çıxa bilməz.