Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
İsrail hakimiyyəti İordan çayının qərb sahilində 19 yeni yəhudi yaşayış məntəqəsinin tikintisini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə "Qardian" qəzetinin məlumatında deyilir.
Bununla da, son illərdə yeni yaşayış məntəqələrinin ümumi sayı 69-a çatıb. İsrailin maliyyə naziri Bezalel Smotriçin sözlərinə görə, bu, rekord göstəricidir.
Qəzet qeyd edir ki, hazırkı İsrail hökumətinin hakimiyyəti dövründə Qərb sahilində yəhudi yaşayış məntəqələrinin sayı təxminən 50% artıb. 2022-ci ildə orada 141 yaşayış məntəqəsi var idisə, yeni tikintinin təsdiqlənməsi ilə bu rəqəm 210-a çatıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.