İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli kərə yağı bazarında müşahidə olunan kəskin qiymət artımlarını tənqid edib.
QHT sədri bildirib ki, sadə iqtisadi qanunlara görə qiymət artımı ilə tələb arasında əks mütənasiblik var və hazırkı süni bahalaşma artıq tələbin azalmasına, nəticə etibarilə isə bazar iştirakçılarının gəlirlərinin düşməsinə səbəb olur:
"Hazırda DGK statistik göstəricilərinə əsaəsən ötən ilə müvafiq dövrü ilə müqaisədə, ümumi olaraq kərə yağının idxalı 12.5% azalıb. Baxmayaraq ki, daxili istehsalda da 10.4% azalma müşahidə olunur.
Digər tərəfdən, cari ilin ilk 11 ayının yekunlarına görə, Azərbaycana idxal edilən kərə yağının 1 kq üzrə orta idxal qiyməti 11,76 manat olub. 2024-cü ilin eyni dövründə bu göstərici 9,78 manat idi. Bu isə ötən illə müqayisədə 1,98 manat və ya 20,3% artım deməkdir. Bu necə olur ki, 11.76 manata idxal olunan yağ marketlərdə 27-30 manata satılır?"